FHN-in Gəncə Regional Mərkəzi təlim keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 2025-ci ilin hazırlıq planına uyğun olaraq "Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi" mövzusunda təlim keçirib.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə "xilas edilərək onlara ilkin yardım" göstərilib.
Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...