FHN hava limanlarında təlim keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlər keçirib.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan hava limanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinin təşkili olunub.
Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimlərə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı, Gəncə, Şimal-qərb, Qarabağ Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri, eyni zamanda "AZAL"ın müvafiq struktur bölmələri cəlb olunub.
Təlimlər zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...