Evsizlərə pis XƏBƏR - BAHALAŞMA OLACAQ
Növbəti aylarda Bakının mənzil bazarında qiymət artımı gözlənilir. Bu artım həm köhnə, həm də yeni mənzillərə aiddir.
BAKU.WS ATV-yə istinadən xəbər verir ki, son zamanlar əmlakçılara Xırdalan və Masazırda evlərin satışı ilə bağlı müraciətlər çoxalıb.
Həmin şəxslər isə paytaxtda ucuz mənzil axtarırlar.
Əmlakçı Xaliq Şükürov bildirib ki, Bakıda söküntünün artması ilə əlaqədar olaraq, evləri sökülən şəxslərin 3-4-cü zonaya üstünlük verməmələri, mərkəzdə ev almaq həvəsləri cüzi də olsa qiymətin artmasına səbəb olur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, insanların daşınmaz əmlak almaq marağının çox olması da qiymət artımına təsir edən amillərdəndir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...