Evlərin qiymətləri dəyişə bilər - SƏBƏB

"Yaxın gələcəkdə əmlak bazarındakı satış qiymətlərində enmələr qaçılmaz olacaq".
Bu sözləri Baku TV-nin "Yeni bir səhər" verilişində əmlak eksperti Elnur Fərzəliyev deyib.
O bildirib ki, əmlak bazarında son illər ipoteka predmetinə çevrilən mənzillərin böyük əksəriyyəti satıldığı üçün bu tip əmlaklara tələbatın artması səbəbindən onlarda qiymət artımları müşahidə olunur.
"Qiymətlərin enməsinə gəlincə isə düşünürəm ki, yaxın gələcəkdə əmlak bazarında satış qiymətlərində enmələr qaçılmaz olacaq. Çünki 2020-ci ildən etibarən azad olunmuş torpaqlarımızda gedən tikinti, bərpa işləri səbəbindən məcburi köçkünlər mərhələli şəkildə yurd-yuvalarına geri dönürlər, onlara verilmiş mənzillər minimal qiymətlərə satışa çıxarılır", - deyə Elnur Fərzəliyev əlavə edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri...