Evlənmək istəyənlərin NƏZƏRİNƏ - Bu sənəd də tələb edilə bilər
Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının arıtırlması təklif olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji asılılığın olub-olmadığı haqda arayış da tələb edilsin:
"Çünki bəzi nikah bağlanandan sonra şəxslərin narkoloji asılılığının olduğu ortaya çıxır. Bu ailə planlanmasında problem yaratmaqla bərabər boşanmaya da səbəb ola bilir. Narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsi boşanmaların sayının azalmasına da səbəb ola bilər".
Oxşar xəbərlər
Topdansatış mağazasında alkoqollu içkilərdə uyğunsuzluq aşkarlanıb
Saxta alkoqollu içkilərin satışı ilə bağlı daxil olan müraciət əsasında Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, sahibkar Bakir Tohid oğlu Babayevə məxsu...