ETX: "TikTok"da "Bakcell" adından dələduzluq həyata keçirilir
"TikTok" sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adından dələduzluq həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
"Belə ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir", - deyə ETX-nin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötdü
Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib. BAKU.WS xəbə...