Ət alarkən diqqətli olun - İyrənc mənzərə

Ət alarkən diqqətli olun - İyrənc mənzərə
Foto
Sosial 32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı rayonun Cavadxan küçəsində yerləşən, fiziki şəxs Quliyev Şamil Əzim oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.

BAKU.WS xəbər verir ki, faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.

Ət məhsulları satışdan çıxarılaraq möhürlənib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər