Ərzaq ehtiyatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda əsas ərzaq məhsulları kateqoriyasına uyğun olan bir sıra məhsulların əlavə ehtiyatlarının yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyi kifayət qədər geniş iş aparıb".
BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Onun sözlərinə görə, bu işlərin nəticəsində əsas ərzaq məhsulların kateqoriyası müəyyənləşdirilib: “Ölkədə əsas qida məhsullarını idxal edənlərlə görüşlər keçirilib. Onların ticari ehtiyatlarının mütəmadi olaraq nə qədər olması müəyyənləşdirilib.
Belə ki, hər idxalçı ərzaq ehtiyatlarını 2 ay saxlaya bilirlər. Buna baxmayaraq, pandemiyanın fəsadlarının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən bütün sahibkarlıq subyektlərinə dəvət göndərildi ki, bütün ehtiyatlarınızı artırın və dövlət kimi biz əlverişli kreditlərin verilməsində kömək olaq.
Bu proses bu gün də davam edir.
Hazırda əsas ərzaq məhsulları üzrə ölkədə həddindən çox ehtiyat yaranıb”.
Oxşar xəbərlər
Azərbaycan xaricidən ən çox hansı ərzaq məhsullarını alıb?
2020-ci ildə Azərbaycanın xaricidən ən çox idxal etdiyi əsas ərzaq məhsullarının həcmi açıqlanıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2020-ci ildə 1 mily...