Ermənistanda COVID-19-dan ölənlərin sayı 12 oldu - CƏDVƏL
10
apr
2020
15:10
Ermənistanda daha bir nəfər koronavirusdan ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan bildirib.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb.
Qeyd edək ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 926 nəfərdir.
Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 66 min nəfəri keçib.
Digər qonşu ölkələrdən Türkiyədə 42 min 282, Rusiyada 11,917, Ermənistanda 937, Qazaxıstanda 802, Gürcüstanda isə 230 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
ÖLKƏLƏR | YOLUXANLAR | ÖLƏNLƏR | SAĞALANLAR |
Azərbaycan | 926 | 9 | 101 |
İran | 66,220 | 4,110 | 32,309 |
Türkiyə | 42,282 | 908 | 2,142 |
Rusiya | 11,917 | 94 | 795 |
Ermənistan | 937 | 12 | 139 |
Qazaxıstan | 802 | 9 | 63 |
Gürcüstan | 230 | 3 | 52 |
Oxşar xəbərlər
Qonşu ölkələrdə COVID-19-dan ölən və sağalanlar - CƏDVƏL
Çinin Uhan şəhərindən dünyaya yayılan COVID-19 virusunun daşıyıcılarının sayı 1 milyon 535 min 766 nəfər təşkil edir. BAKU.WS xəbər verir ki, Azərbaycanda bu v...