Ən təhlükəli bürclər - onlardan uzaq durun

Ən təhlükəli bürclər - onlardan uzaq durun
Sosial 103

Astroloqlar ən təhlükəli bürcləri açıqlayıblar. ABŞ-nin Federal Tədqiqat Bürosunun (FTB) informasiya bazasına əsasən bəzi bürclərin cinayətə daha çox meyilləndiyi müəyyən edilib.

BAKU.WS xarici KİV-ə istinadən heç vaxt düşmən olmaq istəməyəcəyiniz ən təhlükəli bürcləri sizə təqdim edir:

Xərçəng

Çox emosional hesab edilən xərçənglər əslində yaşadıqları çətinlikləri içlərinə atırlar. Bunun nəticəsində ani partlayışlar yaşayıb cinayətə daha çox qarışırlar. Çox emosional olduqları üçün törədilən cinayətlərin böyük əksəriyyəti qısqanclıq kimi duyğusal hisslərə əsaslanır.

Əqrəb

Ən incə detalları belə yadda saxlayan əqrəb ən təhlükəli ikinci bürcdür. Özlərinə edilən pislikləri heç vaxt unutmayan əqrəblər törətdikləri cinayətlərin çoxunu ağrıdıcı və sadist üsullarla həyata keçirirlər. Dünyanın ən məşhur psixopatlarından sayılan Çarles Manson da əqrəb bürcüdür.

Oxatan

Oxatan bürcünün siyahıda ilk sırada olmamasının tək səbəbi cinayətlərin çoxunu özünün deyil, əmrindəki digər şəxslərə tapşırmış olmasıdır. Bildirilir ki, bu bürcə mənsub cinayətkarların çox olduğu müşahidə edilir. Məsələn, Pablo Eskobar, Ted Bandi, Luki Lusiano, Çarles Bronson və s.

Son xəbərlər