Ən şanslı gündə doğulan bürclər açıqlandı

Ən şanslı gündə doğulan bürclər açıqlandı
Sosial 176

Astroloqlar bürclərin doğulduğu günlərin həyatdakı uğurlarına necə təsir etdiyini araşdırıblar. Onların fikrincə, bəzi bürclər daha "şanslı gündə" dünyaya gəldikləri üçün həyatlarının müxtəlif sahələrində – karyera, münasibətlər və maliyyə baxımından üstünlüklərə sahib olurlar.

BAKU.WS xəbər verir ki, siyahının ilk pilləsində Əqrəb bürcü yer alır. Astroloqların fikrincə, bu bürc altında doğulan insanlar, xüsusilə 8, 17 və 26-cı tarixlərdə anadan olublarsa, yüksək intuisiyaları və güclü enerjiləri ilə həyatda tez-tez uğur qazanırlar.

Daha sonra Oğlaq bürcü gəlir. Onlar xüsusilə ayın 8-i və 28-i doğulanlarsa, planlı və məqsədyönlü olduqları üçün şans özləri ilə olur. Onlar tez-tez rəhbər vəzifələrə yüksəlir, maliyyə baxımından sabitlik əldə edirlər.

Üçüncü sırada isə Şir bürcü dayanır. Ayın 1-i və 10-da doğulan Şirlər ətrafındakıları asanlıqla təsirləndirir, liderlik xüsusiyyətləri ilə fərqlənirlər. Onların pozitiv enerjisi həyatlarında qarşılarına çıxan fürsətləri yaxşı dəyərləndirməyə imkan verir.

Astroloqlar bildirir ki, bu tarixlərdə doğulmuş insanlar öz daxili güclərinə və doğru zamandakı təşəbbüslərinə görə daha çox uğur qazanırlar. Bununla belə, qeyd edilir ki, təkcə doğum günü deyil, şəxsi səylər və düzgün qərarlar da həyatda uğurun açarıdır.

Son xəbərlər