Ən çox problemə meyilli olan bürclər bunlardır
Yeniliklərdən dərhal xəbərdar olun
Astroloqların fikrincə, bəzi bürclər xarakter xüsusiyyətlərinə görə daha çox mübahisə, emosional gərginlik və riskli vəziyyətlərlə üzləşirlər.
BAKU.WS xəbər verir ki, xüsusilə emosiyalarını idarə etməkdə çətinlik çəkən və sərt xarakteri ilə seçilən bürclər tez-tez problemlərin mərkəzində olurlar.
Astroloqların siyahısında ilk yerlərdən birini Əqrəb bürcü tutur. Bildirilir ki, Əqrəblər qısqanclıq, həssaslıq və kin saxlamaq xüsusiyyətlərinə görə münasibətlərdə tez-tez gərginlik yarada bilirlər.
Qoç bürcü də impulsiv davranışları ilə diqqət çəkir. Astroloqlar qeyd edirlər ki, Qoçlar tez əsəbiləşir, ani qərarlar verir və bu səbəbdən mübahisələrə daha çox daxil olurlar.
Əkizlər bürcü isə dəyişkən xarakteri səbəbindən riskli addımlar ata bilir. Mütəxəssislərin fikrincə, onların tez-tez fikir dəyişməsi ətrafdakılarla anlaşılmazlıqlara yol açır.
Şir bürcü nümayəndələrinin isə diqqət mərkəzində olmaq istəyi bəzən eqo toqquşmalarına səbəb olur. Astroloqlar bildirirlər ki, tənqidə qarşı həssas yanaşmaları onları konfliktlərə yaxınlaşdırır.
Bununla yanaşı, astroloqlar vurğulayırlar ki, bürclər insan xarakterinə tam təsir göstərmir. İnsanların davranışı daha çox tərbiyə, həyat təcrübəsi və ətraf mühitdən asılıdır.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...