Əmlak Məsələləri Dövlət Xidməti “ASK Tekstil” MMC-ni özəlləşdirməyə cəlb edir
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “ASK Tekstil” MMC-ni özəlləştirməyə cəlb edir.
BAKU.WS xəbər verir ki, bu məqsədlə KİV nümayəndələrinin iştirakı ilə müəsisəyə mediatur təşkil olunub.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil”MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərəbaşlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri təşkil edilib, müəssisənin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.
Hazırda müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində məsləhətçi şirkətin iştirakı ilə işlərə başlanılıb.
Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir. İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.
Müəssisənin özəlləşdirilməsinə nüfuzlu strateji investorların cəlb edilməsi məqsədilə Xidmət tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlər ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “ASK Tekstil” MMC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün öncədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...