Emin Əmrullayev: “Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır”.
BAKU.WS xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb:
“Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq. Teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrildi.
Bu günə qədər 6700-dən çox teledərs hazırlanmışdır. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...