Emin Əmrullayev bu idman növləri ilə məşğul olur
Yeniliklərdən dərhal xəbərdar olun
"Təhsil naziri olduqdan sonra ilk dəfədir radioya müsahibə verirəm. Özümü çox rahat hiss edirəm. Müxtəlif təcrübələrin olması yaxşıdır. Avtomobildə gedərkən daha çox radioya qulaq asıram və hesab edirəm ki, radio müəyyən mənada televizyanı geridə qoyur”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.
O, telekanallara az hallarda baxdığını bildirib: "Ən çox xəbərlər buraxılışını izləyirəm. Rəsmi dövlət mediasına daha çox etibar edirəm".
"Hazırda əlavə hobbi ilə məşğul olmaq üçün boş vaxtım, demək olar, azdır. Boş vaxtlarımda idmanla məşğul oluram. Üzgüçülük, qaçış və digər idman növləri ilə məşğul oluram. Feysbukdakı səhifəmi də əsasən özüm idarə edirəm. Şərhləri də oxuyuram, uzaq məsafədə olanda həmkarlarımdan dəstək alıram. Azərbaycan muğamlarını çox sevirəm. Ağaxan Abdullayev ən çox sevdiyim xanəndədir", - nazir qeyd edib.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...