Elmar Məmmədyarov: “Sülhməramlılarla sıx işləmək lazımdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxşı olar ki, məsələ qaldıraq, Azərbaycan tərəfi rus sülhməramlılarından tələb etsin. Əgər onlar tam şəkildə Üçtərəfli Bəyanat çərçivəsində işləyirlərsə, Azərbaycanın keçmiş məcburi köçkünlərinin Qarabağda təhlükəsizliyi baxımından rolları ola bilər. Yəni azərbaycanlılar Xocalıya, Xocavəndə və digər kəndlərə qayıtsalar, sülhməramlılar köməklik göstərə bilərlər. Bu qərar artıq qəbul olunub”.
BAKU.WS xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Sülhməramlılarla sıx işləmək lazımdır. Onlara demək lazımdır ki, sizin Prezidentiniz Putin 2020-ci ildə 10 Noyabr Bəyannaməsinə imza atıb. Bu sənəddə bənd var ki, məcburi köçkünlər Qarabağa qayıtmalıdırlar. Sülhməramlıların rolu bu zaman faydalı olar”, - sabiq nazir bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...