Eldar Əzizov işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində yeni təyinat olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
Əmrə əsasən, Yaşar Salahov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o bu təyinatadək Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su Quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi vəzifəsində çalışıb.
*** 10:16
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi Yaşar Hüseyn oğlu Salahov vəzifəsindən azad edilib.
Digər əmrlə, adıçəkilən müəssisənin rəisi vəzifəsinə Cavanşir Samir oğlu Əhmədov təyinat alıb.
Oxşar xəbərlər
Məktəb başlayanadək uşağın yuxu rejimini necə düzəltmək olar? - Psixoloq AÇIQLADI
Uşağın yuxu rejimini yeni dərs ilinin başlamasına bir gün qalmış dəyişmək mümkün deyil. Psixoloq və uşaq yuxusu üzrə məsləhətçi Yelena Matveyevanın sözlərinə gö...