Elçin Yusubov: Xankəndi 80 min nəfərlik şəhər olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Xankəndi şəhərinin baş planı hazırlanır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, layihə hazır olduqdan sonra şəhərdə ciddi və əsaslı tikintilərin şahidi olacağıq:
"Layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Baş plan ilə yaşıllıq istirahət zonalarının sayının şəhər kontingentinə uyğun olaraq hazırlanması planlaşdırılır".
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...