Əhaliyə təcili XƏBƏRDARLIQ - Bu xidmət hərəkətə keçir

Əhaliyə təcili XƏBƏRDARLIQ - Bu xidmət hərəkətə keçir
Sosial 523

Azərbaycanda bu gecədən başlayaraq pisləşəcəyi gözlənilən hava şəraiti ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qabaqlayıcı tədbirlər görəcək.

BAKU.WS xəbər verir ki, bu barədə xidmətdən bildirilib.

Bildrilib ki, intensiv yağıntılar zamanı yarana biləcək problemlərin qarşısının alınması istiqamətində müvafiq işlər aparılır:

"Belə ki, hazırda həm yağış, həm də tullantı sularının şəbəkələr vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bununla yanaşı, kanalizasiya nasos stansiyaları da təftiş olunur və oradakı mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Yağıntılı hava şəraitində baş verə biləcək çətinliklərin qarşısını almaq üçün tədbirlər davam etdiriləcək".

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağışların müşahidə olunacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Aprelin 16-da isə yağışların aramsız və intensiv xarakter alacağı, bununla bağlı bəzi ərazilərdə subasma hallarının baş vermə ehtimalı olduğu bildirilir.

Son xəbərlər