Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Müddət uzadıldı
Soyuq hava şəraiti ilə əlaqədar olaraq "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə qurumdan bildirilib.
Məlumata əsasən, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.
***08:06
Bu gündən Bakı şəhəri və bəzi rayonlarda istilik verilişi dayandırılır.
BAKU.WS-in məlumatına görə, cari mövsüm "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binası, 184,500 minə yaxın mənzil, 286 orta məktəb, 158 uşaq bağçası, 150 səhiyyə müəssisəsi, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlər istiliklə təmin edilib.
Cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təchiz olunması may ayının 1-nə qədər davam edəcək.
Oxşar xəbərlər
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu
27 yaşlı İlkin İsgəndərli 2024-cü ildə tələbə yoldaşının toyuna qatılmaq üçün Ağdaş rayonuna gedib. Lakin o, toy mərasimindən sonra evinə qayıtmayıb. BAKU.WS Ba...