Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu ildən...

"Azərbaycanda istilik sistemlərində yenilənmə və modernləşmə proqramı həyata keçirilir. Ötən il Bakıda beş qazanxana söküldü və yerində yenisi tikildi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Onun sözlərinə görə, bu il də paytaxtın müxtəlif rayonlarında daha yeddi qazanxana sökülüb və sürətlə tikintisi həyata keçirilir:
"İstilik təminatı zamanı yeni binaların istilik sisteminə qoşulması üçün texniki şərt alınır. Köhnə bina və yeni tikililər istilik sisteminə qoşulmaq istəsələr, müraciət edə bilərlər.
"ASAN Kommuna"l mərkəzlərində "Azəristiliktəchizat" ASC-nin pəncərəsi var. Ora yaxınlaşırlar, evin və yaxud binanın çıxarışı təqdim olunur və texniki şərt üçün müraciət edirlər. Əgər yaxınlıqdakı qazanxananın gücü çatırsa, yeni qoşulacaq hansısa mənzil və yaxud hansısa binanın istiliklə təminatı digərlərinin istilik istilik xidmətinin keyfiyyətinə mane olmursa, belə olan halda yeni binalar da mərkəzləşmiş istilik sisteminə qoşula bilərlər.
Məlumat üçün deyim ki, ötən il beş qazanxana sökülüb yerində yenisi tikiləndə, ətrafda istiliklə təmin olunmayan binalardan da müraciət olunmuşdu və yeni abonentlər qoşula bilmişdi".
Orxan Hüseyn
Oxşar xəbərlər
Kafe və restoranlarda yemək porsiyaları niyə azalır?
Bəzi kafe və restoranlarda təqdim edilən yemək porsiyalarının zamanla azaldığı müşahidə edilir. BAKU.WS Xəzər Xəbər-ə istinadən xəbər verir ki, restoranlar yeni...
