Əfran İsmayılov vəzifəsindən ayrıldı
25
may
2026
12:58
"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.
BAKU.WS Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Rəhbərlik son 3 mövsümdə komandada fəaliyyət göstərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.
Oxşar xəbərlər
Hər şeyi sirr saxlayan bürclər açıqlanıb
Bəzi insanlar şəxsi həyatları barədə danışmağı sevmir, hisslərini gizlədir və onlara etibar edilən məlumatları başqaları ilə bölüşmürlər. Astrologiyada da sir...