Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"

Əfqan Baxışov: Heydər Əliyev Aeroportunda ağıllı hava limanı qurmaq planlaşdırılır
Sosial 83

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda "ağıllı hava limanı" qurmağa çalışır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu AZAL prezidentinin müşaviri Əfqan Baxışov Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) bildirib.

Onun sözlərinə görə, İKT həlləri aviasiya sahəsinə çox ciddi təsir göstərir: "Hava naviqasiyası hazırda Azərbaycan daxil olmaqla dünyada çox istifadə olunur. Bu gün daha çox dispetçerə, bu sahədə mütəxəssisə ehtiyacımız var. Bu məsələdə bizə məhz İKT həlləri yardım göstərir. Belə həllər daha konkret və dəqiqdir. Eyni şeyləri daha sürətli və daha asan etməyə kömək edir: eyni zamanda, daha az xərclə".

O əlavə edib ki, İKT həlləri insan fəaliyyəti kimidir, lakin bu, fərqli şəkildədir: "Bunu texnoloji yolla həyata keçirir. Buna görə biz həyatımızda istifadə edə biləcəyimiz məsələləri anlamalıyıq. Bu, təkcə təyyarə, hava məkanı, naviqasiya haqqında deyil. Belə ki, bir çox ölkələrdə hazırkı trend "ağıllı hava limanları"na sahib olmaqdır. Bəs "ağıllı hava limanı" nə deməkdir? Bu, əsasən İKT həlləri ilə bağlıdır.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda "ağıllı hava limanımı"zı qurmağa çalışırıq. Doğrudur, bununla bağlı bir çox çətinliklərimiz var. Amma eyni zamanda, bu o demək deyil ki, bunu etməyəcəyik. Hər il inkişaf edirik. İKT bu istiqamətdə bizə çox kömək edir. Təsəvvür edin ki, milyonlarla sərnişinimiz var. Bir çox sərnişinin adətən baqajı olur. Bununla bağlı bizə İKT həlləri kömək edə bilər. Yəni milyonlarla baqajımız təkcə əl ilə çeşidlənə bilməz. Beləliklə, bu, qaçılmaz bir yoldur və bunu bilirik".

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İs...

90 Sosial 23:23 15 dekabr 2025

Son xəbərlər