“Əbu Bəkr” məscidi açılmayacaq - RƏSMİ

“Əbu Bəkr” məscidi açılmayacaq - RƏSMİ
Sosial 475

"Son vaxtlar "Əbu Bəkr” məscidinin minarələrindən birinin uçma təhlükəsi yaranıb. Bu barədə məsciddəki insanlar müraciət edib".

BAKU.WS xəbər verir ki, bunu “Yeni” TV-nin canlı yayımında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, onların iştirakı ilə araşdırma aparılıb: "Məscidlə bağlı mühəndis texniki işləri gedib. Araşdırmalar tam yekunlaşmasa da, rəylərə baxılıb. Həmin minarənin uçma təhlükəsi nəzərə alınaraq orada ayinlər tam dayandırılıb.

Bununla bağlı fikir mübadiləsi aparılır və karantin dövründə orada işlərin görülməsi hələlik mümkün deyil. Bunlar hamısı nəzarətdə saxlanılır. Orada fəaliyyət göstərən din xadimləri və digər vətəndaşlarla söhbətlər aparılıb".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər