Mübariz Qurbanlıdan "Əbu Bəkr" məscidi ilə bağlı açıqlama

Mübariz Qurbanlıdan Əbu Bəkr məscidi ilə bağlı açıqlama
Sosial 613

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Əbu Bəkr" məscidinin açılması məsələsinə aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, Komitə sədri bildirib ki, "Əbu Bəkr" məscidində təmir işlərinə ehtiyac var: "Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid indiki şəraitdə fəaliyyət göstərmir. Texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra Qafqaz Müsəlmanlar İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturu ilə birgə məsələ müzakirə olunaraq qərar qəbul ediləcək. Məscidin açılışı təmir işlərinin başa çatmasından asılıdır".

Oxşar xəbərlər

Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ

Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ

“Əbu Bəkr məscidinin yenidən açılması nəzərdə tutulur''. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədr müavin...

752 Sosial 12:41 10 dekabr 2019

Son xəbərlər