DYP: Qanuna dəyişikliklə bağlı moped sürücüləri maarifləndirilir

DYP: Qanuna dəyişikliklə bağlı moped sürücüləri maarifləndirilir
Sosial 171

“Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən hərəkət surəti 50 km/ saat dan yuxarı olan mopedlərin qeydiyyatına alınması və sürücülük hüququ yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki hazırda bu tip nəqliyyat vasitələri idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir:

“Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir. İnzibati tədbirlərdən daha çox üstünlük ona verilir ki, həmin nəqliyyat vasitələri qeydiyyata qoyulmaqla onlar mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri təmin olunsunlar. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər