DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Rayonlara avtomobillə gedənlər...

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Rayonlara avtomobillə gedənlər...
Açıqlama
Sosial 187

Bayram günlərində yollarda hərəkət intensivliyi artır, səfərlər çoxalır və təəssüf ki, bu dövr yol-nəqliyyat hadisələrinin də artması ilə müşayiət olunur.

BAKU.WS-in məlumtına görə, bayram ərəfəsində gücləndirilmiş rejimdə xidmət aparılsa da, qəzaların qarşısının alınmasında həlledici rol məhz sürücülərin üzərinə düşür.

Sürət həddinin aşılması, laqeydlik və məhdud görünmə şəraitində ehtiyatsızlıq bir anın içində ailə faciələrinə səbəb ola bilər. Məhz bu riskləri minimuma endirmək üçün sürücülərdən yol hərəkəti qaydalarına əməl etmək, bayram ab-havasına qapılıb diqqəti itirməmək tələb olunur.

Mövzu ilə bağlı Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, hər bir qaydalara sadəcə riayət etməlidir:

"Həyatda qalmağın bir yolu da var, o da qaydalara riayət etməkdir. Yol cəsarət meydanı, zarafat yeri deyil, yol birgə iştirakçılıq yeridir.

Dövlət Yol Polisi olaraq bayram ərəfəsində xidmətimizi sonuna qədər yerinə yetirəcəyik. Gücləndirilmiş rejimdə çalışacağıq ki, yollarda hər hansı bir qəza baş verməsin. Burada məsuliyyətin çoxu sürücülərin üzərinə düşür. Çünki qaydalara əməl etmək məsələsidir. Baş verən qəzalarda görürük ki, bəzi halda bir sürücünün laqeydsizliyi, qaydalara səthi yanaşması ailələrdə faciələrə səbəb olur.

Son günlərdə baş verən qəzaların əsas baş vermə səbəbi araşdırılır. İkin səbəb yolda təyin edilmiş sürət həddinin aşılmasıdır. Yolda sürət həddi təyin olunur, amma sürücülər daha çox təyin olunan sürət həddini aşırlar.

Baş verən qəzaların daha çox hissəsi iki xüsusi texniki vasitə arasında, sutkanın məhdud görünmə şəraitində baş verir. Eyni zamanda yol infrastrukturu da buna səbəb yaradır. Bəzi işıqlandırma olmayan yerlər də var ki, görmək çətinləşir və piyada qəzaları qeydə alınır. Ona görə də bayram ab-havasına qapılıb qaydaları yaddan çıxarmaq olmaz. Ən vacib məsələ odur ki, hər kəs qaydalara riayət etməlidir".

Orxan Hüseyn

Son xəbərlər