Dünyada koronavirusa yoluxanlar sürətlə artır
28
mar
2021
09:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 612 mindən çox artıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 612 min 369 nəfər yeni koronavirusa yoluxub, 10 min 590 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 milyon 781 min 957, ölənlər isə 2 milyon 759 min 432 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Oxşar xəbərlər
Dünyada ötən sutka koronavirusa 410 mindən çox yoluxma qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 410 mindən çox artıb. BAKU.WS "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatını...