Dünyada avqust üzrə koronavirusa yoluxma rekord vurub
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ilin avqustunda dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı təxminən 20 milyon artaraq iyul ayı ilə müqayisədə 4,5 milyon çox olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, sonuncu dəfə yüksək yoluxma bu ilin aprelində qeydə alınıb.
Pandemiyanın episentri hazırda Şimali Amerika və Asiyadır. Yaz aylarında ciddi epidemiyaların qeydə alındığı Qərbi Avropanın bəzi ölkələrində vəziyyət yaxşılaşıb, Şərqi Avropada isə əksinə, daha da pisləşib.
Koronavirusdan ölüm hallarına gəldikdə isə əgər iyul ayında dünyada təxminən 265 min insan ölübsə, avqustda bu rəqəm 300 minə yaxın olub.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...