Dünyada 320 mindən çox şəxs koronavirusdan öldü - CƏDVƏL

Dünyada 320 mindən çox şəxs koronavirusdan öldü - CƏDVƏL
Sosial 467

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 4 890 532 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan 320 120 nəfər dünyasını dəyişib, müalicə alan 1 907 317 pasiyent sağalıb.

Xəstəxanaya yerləşdirilən 44 764 xəstənin vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (1 550 294), Rusiya (290 678) və İspaniyada (278 188) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 150 593 nəfər yoluxub, 4 171 nəfər ölüb. İranda isə 122 492 nəfər koronavirusa yoluxub ki, onların da 7 057 nəfəri qurbana çevrilib.

Dünyada 320 mindən çox şəxs koronavirusdan öldü - CƏDVƏL

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər