Dumanlı hava şəraiti BU TARİXƏDƏK DAVAM EDƏCƏK
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.
Xidmət rəsmisi qeyd edib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir:
"Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır".
Oxşar xəbərlər
Əhaliyə VACİB XƏBƏR - Fevralın ilk gecəsindən...
Fevralın 1-nə keçən gecə Yer kürəsində zəif, lakin uzunmüddətli maqnit qasırğası gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAA...