DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-cü il aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
***09:39
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
BAKU.WS DİM-ə istinadən xəbər verir ki, imtahan vermək üçün 1 076 şagird qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində təşkil edilir və saat 11:00-da başlanacaq. DİM valideynlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin əslini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları məktəb tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkil yapışdırılır və şəkil möhürlə təsdiqlənir);
- İmtahana buraxılış vərəqəsini.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid "Yaddaş kitabçası" ilə buradan tanış olmaq mümkündür.
Test imtahanı aşağıda qeyd olunan fənlər üzrə Azərbaycan dilində aparılır:
- Azərbaycan dili;
- Riyaziyyat.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
