DSK-nin yeni sədri Azər Mursaqulov KİMDİR?
Azər İsmayıl oğlu Mursaqulov Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
BAKU.WS Azər Mursaqulovun dosyesini təqdim edir.
O, 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-nin Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.
2019-cu ildən bu günədək isə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Nəsimi rayonunun icra başçısı təyin edilməsi səbəbilə dövlət başçısının Sərəncamı ilə bu vəzifədən azad edilib.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqədd...