DİQQƏT - Sabah Azərbaycanda 12 mindən çox abonentin qazı kəsiləcək
16
may
2024
17:11
Sumqayıt şəhərində mayın 17-də 12 min 500 abonentə təbii qazın verilişində fasilə yaranacaq.
BAKU.WS report-a istinadən, bu barədə SOCAR-ın "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.
Belə ki, “Şəhər-1” xəttindən qidalanan D-159 mm-lik orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq 2024-cü il mayın 17-də saat 10:00-dan etibarən, işlər yekunlaşana qədər Sumqayıt şəhərinin 4-cü, 5-ci, 9-cu, 16-cı, 17-cı, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci məhəllələrində qaz təminatında məhdudiyyətlər yaranacaq.
Oxşar xəbərlər
DİQQƏT! Bu ərazinin qaz təchizatında fasilə yaranacaq
Sumqayıtda 38 500 abonentin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib. Bildirilib ki,Sumqayıt şəhəri “Şəhər-...