Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
25
fev
2023
16:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nisbətən 231 min ədəd artaraq, 13 milyon 488 min ədəd təşkil edib.
BAKU.WS Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,7 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 18,3 faiz, kredit kartları üzrə 28,8 faiz olub.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...