Bank of Baku-dan Ad Gününə Özəl Növbəti Kampaniya: Bolkart Debet Kartlarını indi PULSUZ almaq imkanı!

Bank of Baku-dan Ad Gününə Özəl Növbəti Kampaniya: Bolkart Debet Kartlarını indi PULSUZ almaq imkanı!
Sosial 1200

Bir müddət öncə elan etdiyimiz kimi, bu ilin 14 fevral tarixində ölkədə fəaliyyətinin 22-ci ildönümünü qeyd edən Bank of Baku, ad gününə özəl olaraq müştərilərinə yönəlik silsilə kampaniyalar icra etməkdədir. Növbəti belə kampaniyalardan biri debet kart istifadəçiləri üçün nəzərdə tutulub.

Belə ki, kredit xətti əvəzinə şəxsi vəsaitindən internetdə və nağdsız alış-verişdə istifadə etməyə üstünlük verənlər üçün ən ideal vasitə olan Bolkart Debet kartlarını müştərilər bu ayın sonuna kimi PULSUZ olaraq əldə edə biləcəklər.

Bunun üçün müştərilərdən 29 fevral tarixinə qədər qüvvədə olan kampaniya çərçivəsində Bankın istənilən filialına yaxınlaşmaqla açmaq istədikləri Bolkart Gənc Debet hesablarına minimum 100 AZN, Bolkart Ailə Debet hesablarına minimum 200 AZN mədaxil etmələri tələb olunur. 

Bolkart Debet kartı nədir və ƏSAS ÜSTÜNLÜKLƏRİ nədən ibarətdir:

- Bolkart Debet kartları ilə edilən alış-veriş və istənilən əməliyyata görə ödənilən məbləğin 15%-dək hissəsi BAL-lar şəklində müştərinin hesabına geri qayıdır;

- Bolkart Debet kartlarına nağd üsulla Bank of Baku filiallarında və ya Bank of Baku-nun ödəniş terminallarında mədaxil edilmiş vəsaitlər, Bankın ATM-ləri vasitəsilə nağdlaşdırılan zaman heç bir komissiya tutulmur;

- Şəxsi vəsaitin 24/7 rejimində cəmi 5 saniyə ərzində artırılması imkanı: müştərilər Bankın ödəniş terminallarında "Kartın doldurulması” menyusu vasitəsilə istədikləri an kart balanslarını artıra bilərlər. 

Qeyd edək ki, Bolkart Debet kartlarını Banka gəlmədən onlayn olaraq həm kartın rəsmi internet ünvanı olan http://www.bolkart.az/, həm də elektron hökumət portalı https://www.e-gov.az/ vasitəsilə sifariş etmək olar. 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku  

Son xəbərlər