Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri, qurumların əməkdaşları şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəhidlər xiyabanını ziyarət ediblər.
***10:38
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, onlar şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.
***
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.
Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumət...