Dövlət qurumu mal-qarası olanlara müraciət etdi - VİDEO

Dövlət qurumu mal-qarası olanlara müraciət etdi - VİDEO
Video
Sosial 0

Bu ilin ilk 6 ayında Azərbaycanda dəmir yolunda qatarın mal-qara ilə toqquşması ilə nəticələnən 16 hadisə baş verib.

‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-dən BAKU.WS-ə verilən məlumata görə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.

“Bu il dəfələrlə heyvanların qatar yoluna çıxması halları yaşanıb. İlin ilk 6 ayında baş verən 16 hadisə isə toqquşma ilə nəticələnib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, belə toqquşmalar nəticəsində qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır və texniki heyətin və sərnişinlərin həyatı təhlükə altına düşür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər