Dövlət Komitəsinin sədri AMİN könüllüləri ilə görüşüb

Dövlət Komitəsinin sədri AMİN könüllüləri ilə görüşüb
Foto
Sosial 31

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda AMİN könüllüləri ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşdə Komitə sədri ölkədə gənclərin inkişafı, onların ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, könüllülük hərəkatının müxtəlif sahələrdə – xüsusilə ictimai və sosial istiqamətdə yaratdığı müsbət nəticələrə toxunub.

AMİN könüllülərinin ötən müddət ərzində iştirak etdikləri layihələr və təcrübə proqramları haqqında fikirlərini bölüşən Ramin Məmmədov gənclərin təşəbbüskarlıq və fəallığının təqdirəlayiq olduğunu bildirib. Vurğulayıb ki, könüllülük prosesi gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, faydalı vətəndaş kimi formalaşmasına da şərait yaradır.

Görüş zamanı AMİN könüllüləri əldə etdikləri təcrübə haqqında məlumat verərək, müxtəlif layihələrlə bağlı təkliflərini səsləndiriblər.

Son xəbərlər