Dövlət Gömrük Komitəsi TIR-parkların inşasını planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsi gələcəkdə sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların inşasını planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Komitənin nümayəndəsi Vasif Qurbanov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qurum hazırda həm sərhəd buraxılış məntəqələrində, eləcə də terminallarla bağlı infrastruktur layihələri həyata keçirir: "Bizim gələcək layihələrimizdən biri də sərhəd buraxılış məntəqələri istiqamətində terminalların, TIR-parkların tikilməsidir. Həmin tır-parklarda servislər olacaq, eləcə də digər şəraitlər yaradılacaq. Həmçinin burada elektron növbə sisteminin tətbiqi nəzərdə tutulub. Yəni bu layihə də qısa müddətdə təsdiqləndikdən və maliyyə vəsaiti ayrıldıqdan sonra həyata keçiriləcək".
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...