Doğuş zamanı ölümlərə görə baş həkim və 11 tibb işçisi işdən çıxarıldı

10
sen
2018
19:50
Səhiyyə Nazirliyində Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin səkkiz ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səkkiz ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib.Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub. Bildirilib ki, işlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: bir baş həkim, bir Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, üç nəfər həkim mama-ginekoloq, üç nəfər həkim anestezioloq-reanimatoloq, bir nəfər həkim-cərrah, iki nəfər orta tibb işçisi.Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.BAKU.WS
Oxşar xəbərlər
Siyəzəndə ana doğuş zamanı öldü
Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Dia...
