DİN rəsmisi: “Postların sayı azalmayıb, yerləri dəyişdirilib”
Yeniliklərdən dərhal xəbərdar olun
“Postların sayı azalmayıb, yerləri dəyişdirilib”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.
O bildirib ki, DİN-in bütün orqanları xüsusi karantin dövründə gücləndirilmiş iş rejimində çalışır:
“Paytaxt ərazisində postların sayı azalmayıb. Sadəcə olaraq, postların yerləri nəqliyyat vasitələrinin intensiv hərəkətinə uyğun olaraq müvafiq qaydada dəyişdirilib.
Bununla yanaşı, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda da xüsusi karantin qaydaları çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyəti mayın 31-dək eyni qaydada davam etdiriləcək”.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...