DİN: Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclarla bağlı açıqlama verib.
DİN Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib:
"İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.
Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır".
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...