DİM-də bu vəzifələr üzrə vakansiyalar elan edildi

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.
DİM-dən Trend-ə bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar xəbərlər
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ - Qeydiyyat başladı
Dövlət İmtahan Mərkəzi tərəfindən 8 oktyabr 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə...
