Dövlət İmtahan Mərkəzi 720 manata işçi axtarır
Dövlət İmtahan Mərkəzi (DİM) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinə işçi qəbulu elan edib.
BAKU.WS DİM-ə istinadən xəbər verir ki, vakant vəzifələr üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.
Vakant vəzifələr aşağıdakılardır:
Struktur bölmə: İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi
Vəzifənin adı: məsləhətçi
Aylıq vəzifə maaşı: 720 manat
Əsas qulluq funksiyaları:
- DİM tərəfindən keçirilən imtahanların digər tədbirlərin təşkili və keçirilməsini təmin edən kompüter sisteminin proqram təminatının yaradılması, müşayəti və istismarı
- səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi
- rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi
Vəzifənin tutulma şərtləri
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələbi: tələb müəyyən edilmir
İT biliklərinə dair tələblər: proqram təminatının Microsoft Visual Studio .Net, Borland Delphi kimi integrə edilmiş işlənmə mühitləri, müvafiq proqramlaşdırma dilləri; məlumat bazalarının idarəetmə sistemləri (MS SQL Server, Oracle), Transact SQL, Oracle SQL dilləri.
Xarici dil biliklərinə dair tələblər: ingilis dili - yaxşı, rus dili - yaxşı.
Müraciət etmək istəyənlərdən müraciət formasını buradan yükləyib tam dolduraraq 2020-ci il fevralın 29-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar xəbərlər
Nazirliklərdə 40-dan artıq vakant vəzifə üzrə müsahibə elan edilib (SİYAHI)
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Mərkəz tərəfindən 4 yanvar 20...