Nazirliklərdə 40-dan artıq vakant vəzifə üzrə müsahibə elan edilib (SİYAHI)

Nazirliklərdə 40-dan artıq vakant vəzifə üzrə müsahibə elan edilib (SİYAHI)
Sosial 1661
Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Mərkəz tərəfindən 4 yanvar 2019-cu il tarixində 6 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində şöbə müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyində sektor müdiri, Təhsil Nazirliyi Astara rayon Təhsil şöbəsində müdir müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11 vəzifə, Müdafiə Sənayesi Nazirliyində 15 vəzifə, Təhsil Nazirliyində 7 vəzifə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifə, İqtisadiyyat Nazirliyində 5 vəzifə, və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə olmaqla 43 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 04 yanvar 2019-cu il tarixindən 04 fevral 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.BAKU.WS

Son xəbərlər