Direktorun oğlu da daxil, şagirdlər məktəbdə elektron qəlyan çəkirlər?
Bakının Xətai rayonunda yerləşən 260 nömrəli tam orta məktəbdə bir qrup şagirdin sanitar qovşaqda elektron qəlyandan istifadə etməsi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.
İddialara görə, həmin şagirdlər arasında məktəb direktorunun oğlu da olub.
Şagirdlərdən biri iddiaları təsdiqləyərək bildirib ki, bənzər hallar məktəbin akt zalında da baş verib. "Bəzən də akt zalında siqareti telefonun arxasında gizlədib çəkirlər", - deyə şagird qeyd edib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu kimi neqativ halların qarşısının alınması üçün həm məktəb rəhbərliyi, həm də valideynlər məsuliyyət daşıyırlar:
"Elm və Təhsil Nazirliyi məktəblərdə neqativ halların aradan qaldırılması istiqamətində ciddi işlər görür, mütəmadi olaraq kadr dəyişikliyi həyata keçirir. Lakin tərbiyə ilk növbədə ailədən başlayır. Əgər bu tərbiyəni verən şəxs məktəbin rəhbəridirsə və öz övladına bunu aşılaya bilmirsə, məktəbdə digər şagirdlərə də tərbiyə verə bilməyəcək. Bu kimi hallara yol verən direktor və texniki işçilər vəzifələrindən azad edilməlidirlər. Məktəb ərazisində şagirdlərin siqaret və digər qadağan olunmuş vasitələrdən istifadə etməsi ciddi pozuntudur və buna güzəşt edilə bilməz".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də 260 nömrəli məktəbin açıqlamasını təqdim edib. Açıqlamada bildirilib ki, yayılan videogörüntü həqiqəti əks etdirmir:
"Məktəbin sanitar qovşağında bir neçə şagirdin zərərli vərdişlə məşğul olması iddiası ilə bağlı yayılan video əsassızdır və təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Məktəbin fəaliyyəti ilə uyğunluğu olmayan yanlış məlumatların yayılması səbəbindən məsələ hüquqi müstəvidə qiymətləndiriləcək".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xankəndidə mənzillər satışa çıxarılacaq
Xankəndidə mənzillər satışa çıxarılacaq. BAKU.WS report-a istinadən xəbər verri ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və...