Diqqət! Fevralın 2-də saat 11:00- dan...
30
yan
2024
19:17
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
Bu barədə "Report"a İKZF-dən bildirilib.
"Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir.
Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında
(www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (
www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.Oxşar xəbərlər
İpoteka krediti ilə bağlı elektron xidmətin təhlükəsizliyi yoxlanılıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə “Elektron ipoteka və kredit zəmanət”...