DİQQƏT! Bu ərazidə qaz OLMAYACAQ
Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə aprelin 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda bu avtobusların dayanacaqlarının yerləri dəyişdirilib
M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədi...