DİN saxta səhifələrlə bağlı vətəndaşlara müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Eyni zamanda səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir
"Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir".
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...